Untitled Document
1993-cü ildə şəhər 2 saylı orta məktəbinin bir küncündə fəaliyyətə başlayan Quba Özəl Türk Liseyinin öz fəaliyyətini uzun müddət davam etdirəcəyinə inananlar qədər inanmayanlar da var idi. Amma "Bir millət, iki dövlət" həqiqəti bütün şübhə və tərəddüdlərə son qoydu. Anadoludan gəlmiş gənclərin əzmi, azərbaycanlı müəllimlərlə qurulan sıx əlaqələr dostluğun, qardaşlığın gücünü bir daha nümayiş etdirdi. Məktəb üçün yeni binanın tikintisinə başlanması isə bölgədə əsil hadisəyə çevrildi.

Bu gün Quba Özəl Türk Liseyi şimal bölgəsinin təhsil müəssisələri arasında özünəməxsus yer tututur, Ümumilli Liderimizin də dediyi kimi, başqa məktəblərə də nümunə olur.

Məktəbdə şagirdlər ən müasir təlim şəraiti və vasitələri ilə, lazım olan hər cür iaşə, kommunal, məişət, tibbi-sağlamlıq, mədəni xidmətlərlə təmin olunmuşlar.

Quba Özəl Türk Liseyinin şagirdləri Respublika və Beynəlxalq fənn olimpiadalarında, müsabiqələrdə fəal iştirak edirlər. İndiyədək lisey şagirdləri müxtəlif ölkələrdə keçirilən olimpiada və bilik yarışlarında ölkəmizə çox sayda qızıl, gümüş və bürünc medallar qazandırmışlar.

Bu günədək məktəbin məzunlarının 98 %-i elə ilk cəhddə istədikləri ali məktəbə qəbul olunmuşlar. Quba Özəl Türk Liseyinin məzunlarının sorağı dünyanın iyirmidən çox ölkəsinin universitetlərindən gəlir.
Quba Özəl Türk Liseyi
Quba şəhəri. 15-ci məhəllə 1
Tel:(+994 169) 5 21 35
Fax:(+994 169) 5 39 17
e-mail: quba@cag.edu.az